Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “Gmail”də məktublara tutumu 10 qiqabayta qədər fayllar əlavə etmək mümkündür


Tərtibatçılar “Gmail” poçt xidmətini “Google Drive” “bulud” xidməti ilə əlaqələndiriblər. Beləliklə, istifadəçilər elektron məktublarına tutumu 10 qiqabayta (QB) qədər faylları bərkitmək imkanı əldə ediblər. Bunun üçün sadəcə faylı (faylları) əvvəlcədən “bulud” xidmətinə əlavə etmək lazımdır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Gmail” xidmətində məktublara adi qaydada bərkidilən faylların tutumu (həcmi) 25 meqabaytı (MB) ötə bilməz. Bu limit əksər hallarda kifayət edir, lakin yeni funksiya ilk növbədə, böyük həcmli məlumatlar göndərən biznes müştərilər üçün nəzərdə tutulub. Bundan başqa, “Google Drive” xidməti hər bir istifadəçiyə faylların saxlanılması üçün pulsuz olaraq yalnız 5 Qb yer ayırır.






EMİL





28/11/12    Çap et