Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Windows 8” üçün 40 milyondan çox lisenziya satılıb
“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sistemi (ƏS) üçün 40 milyondan çox lisenziya satıb. Bu barədə “Windows”un rəsmi bloqunda məlumat verilib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, "Windows 8" ƏS-i “Microsoft”un həm ənənəvi fərdi kompüter, həm də planşetlərlə iş üçün optimallaşdırılmış birinci stolüstü platformasıdır. Qeyd edək ki, onun sələfi “Windows 7” ƏS-i planşet seqmentində populyarlıq qazana bilmədi.
"Səyahət yalnız indi başlayır və mən indiyə qədər “Windows 8” üçün 40 milyon lisenziya satmağımızı elan etməkdən şadam" – “Microsoft”un “Windows” hazırlaması üzrə bölməsinin maliyyə direktoru Tami Reller hər il keçirilən “Credit Suisse” texnologiya konfransında bildirib. Reller, həmçinin marketinq və dünyada tanınmış əməliyyat sisteminin satışlarından cavabdehdir.
“Microsoft”un məlumatına görə, “Windows 8” hazırda sələfi “Windows 7”-ni birinci ay ərzində təkmilləşdirmələrin sayının artım tempinə görə üstələyir. Müqayisə üçün qeyd edək ki, “Microsoft” korporasiyası 2009-cu ildə oktyabrın sonundan dekabrın sonunadək müddət ərzində “Windows 7” üçün 60 milyon lisenziya satdığını elan etmişdi. Xatırladaq ki, “Microsoft” korporasiyası “Windows 7” ƏS-nin çıxarılması anından 670 milyondan çox lisenziya satıb.
EMİL
28/11/12 Çap et