Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Metropolitenində ən son texnologiyalarla təchiz olunan yeni vaqonlar istifadə olunacaq


“Transmaşholdinq”in ən son ixtirası olan “Oka” adlandırılmış yeni 81-760/761 tipli vaqonları ilk dəfə 2010-cu ildə “Eksposititrans” sərgisində təqdim edilib. “Metrovaqonmaş” ASC müəssisəsi və Tver vaqon zavodunda istehsal olunan vaqonlar ilk dəfə bu ilin aprelində Moskva Metropoliteninin Kalinin xəttində hərəkət etməyə başlayıb.

Onu hələlik heç bir başqa metropolitenə təqdim etməyiblər. Razılıq əldə olunarsa, onun şütüyəcəyi ikinci yeraltı polad magistral məhz Bakı Metropoliteni olacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən (BM) məlumat verilib.

BM-dən qeyd edilib ki, hazırkı standartlarla vaqonun çəkisi 36-35 ton, uzunluğu 20120-19140 mm, eni 2686 mm, hündürlüyü 3682 mm, sürəti 90 km/saat, sürət yığma/azaltma imkanı 1,3/1,1 mm/s2, gücü 4x170 kVt, sərnişin tutumu 300/330 nəfərdir. Vaqonun bir sıra üstünlükləri var: “Onun gövdəsi paslanmayan poladdandır, hər tərəfdə 4 ədəd olmaqla qapıları dayaq hərəkətlidir və hərəkət tünlüyü olmayan saatlarda işlətməkdən ötrü üzərində açıb-bağlamaq üçün düymələr yerləşdirilib.

Ötürücü qurğusu asinxron Rusiya istehsalı olan “KATP-2” tipindədir. Arabacıqlar üçqat pnevmatik asılqanlıdır. Əsas yenilik vaqonun kondisioner sistemilə təmin olunmasıdır. Bunun sayəsində vaqon daxilində hərarət 24 dərəcədən artıq olmur.

Əvvəlki versiyalarından fərqli son modellərlə mərkəzi pəncərələrdə nəfəsliklər də qoyulub”. Ümumiyyətlə, Metrovaqonmaş” bu yeniliyində ultramüasir kondisionerləşdirmə sistemləri tətbiq edib: “İstehsalçılar vaqon hissələrinin yaratdığı səs-küyün qarşısının alınması məqsədilə bir çox yeniliklərin tətbiq olunduğunu deyirlər.

Sərnişinlər əvvəlki tip vaqonlarla müqayisədə burada daha sakit və rahat söhbətləşə bilərlər. Amma sərnişin tutumu baxımından ən çoxu 330 sərnişinin minə biləcəyi “Oka” 380 nəfərlik “Rusiç”dən geri qalır. İstehsalçı bunun vaqondakı elektron sistemlərinin daha rahat çalışması baxımından vacib qərar olduğunu və buna görə də qatar elektronikası, ələlxüsus da kondisioner sistemi “Rusiç” və “Yauzalar”dan daha effektlidir”.

Burada “ağıllı qapılar” sistemi də fərqləndiricidir: “Müasir bəndləmə sistemi vaqonlararası yerlərdə rels üzərinə düşmənin qarşısını alır. Bundan əlavə vaqona minərkən sərnişinin hər hansısa əşyasını vaqonla platforma arasındakı sahədən qatar yoluna salmasının qarşısını alan qurğu ilə təchiz olunub. Moskva Metropoliteni sığortalanmaq məqsədilə “açıb-bağlama düymələri”ndən imtina edib. Müşahidə kamerası və təlimatlandırma da nəzərə alınıb

. Vaqona təhlükəsizliyi canlı izləmək mümkündür. Vaqon müşahidə kameraları ilə təchiz olunub və alınan informasiya maşinist kabinəsinə və xüsusi müşahidə mərkəzinə ötürülə bilər. Bundan əlavə, hər hansı nasazlıq zamanı maşinist nəinki xəbərdarlıq və nasazlıq haqqında məlumat alır, həm də onu aradan qaldırmaq üçün lazım olan təlimatla təchiz olunur”.
 
HƏQİQƏT
 





28/11/12    Çap et