Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni EATS-lər istismara veriləcək


“Aztelekom” İB regionlarda sakinlərin telefon rabitəsində və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə geniş tədbirlərə başlayıb. Birlikdən verilən məlumata görə, yaxın günlərdə Abşeron rayonu Hökməli, Yeni Qobu qəsəbələrində NGN tipli, Qusar rayonu Gündüzqala, Goranboy rayonunun Səmədabad və Xocalıdan olan məcburi köçkünlər üçün salınan qəsəbədə “KAREL DS200” tipli elektron ATS-lər istismara veriləcək. Regionlarda qurulan yeni stansiyalar mərkəzə fiber-optik kabellərlə birləşir ki, bu da sürətli keyfiyyətli telefon rabitəsi və internet deməkdir.

Qeyd edək ki, hazırda birlik tərəfindən internet provayderlərlə imzalanan müqaviləyə uyğun olaraq bölgələrdə kompleks tədbirlər həyata keçirilir.





RƏVAN





28/11/12    Çap et