Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtda genişzolaqlı internet xidmətlərinin tutumu artırılıb


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakıda NGN texnologiyasının əhatə etdiyi yaşayış məntəqələrinin sayını bir qədər də artırıb. Birliyin baş direktoru Beytulla Hüseynovun “ICTnews”-a verdiyi məlumata görə, hazırlanan tədbirlər planına uyğun olaraq Xəzər rayonunun Qala kəndində 1104 nömrə tutumlu, Türkan sovxozunda 512 nömrə tutumlu, Sabunçu rayonunun Pirşağı kəndində 1472 nömrə tutumlu, Sabunçu rayonunun Ramana sovxozunda 1632 nömrə tutumlu, Sabunçu rayonunun Pirşağı sovxozunda 150 nömrə tutumlu ATS-in NGN tətbiqi ilə qurulması işləri başa çatdırılıb. Bundan başqa BTRİB şəbəkəsi üzrə mövcud ATS-lərdə genişzolaqlı internet xidmətinin tutumu 7000 port artırılıb.

Qeyd edək ki, işlər “Bakının ətraf kənd qəsəbələrinin sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq BTRİB-in Bakı şəhərinin bütün stansiyalarının NGN texnologiyası əsasında tamamilə yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilir.



RƏVAN





28/11/12    Çap et