Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” və “Samsung” şirkətləri arasındakı mübahisə səngimək bilmir


Haaqa dairə məhkəməsi "Samsung"un üzərinə Benilüks ölkələri ərazisində “Android 2.2.1” platformasında işləyən “Galaxy”-nin bəzi smartfon və planşet modellərinin satışından əldə etdiyi gəlirdən “Apple” şirkətinə ödəmək öhdəçiliyi qoyub.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 2011-ci ilin iyunundan etibarən satılmış qurğulardan əldə olunmuş xalis mənfəətin həcmini müstəqil ekspert müəyyənləşdirməli olacaq. Əgər dəqiq məbləği təyin etmək mümkün olmasa, "Samsung" şirkəti "Apple"-a kompensasiya ödəməli olacaq. Əgər Cənubi Koreya şirkəti bu telefon modellərini satmağa davam etsə, o zaman gün ərzində 100 min avro dəyərində cərimə ödəməli olacaq.
 





EMİL




29/11/12    Çap et