Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Verilənləri daha sürətlə ötürmək mümkün olacaq
Kaliforniya Texnologiya İnstitutunda çalışan mütəxəssislərin rəhbərliyi altında işləyən beynəlxalq fiziklər komandası verilənləri saniyədə 339 qiqabit sürətlə ötürməyə nail olublar. Bu göstərici rekorddur. Müqayisə üçün qeyd edək ki, bu, gün ərzində 4 milyon qiqabayt informasiya və ya 1 milyon tammetrajlı film göndərmək deməkdir.
Verilənlər Kanadanın Viktoriya və Solt-Leyk-Siti şəhərlərini birləşdirən kanal üzrə ötürülüb. Alimlər bu barədə "Super Computing 2012" sərgisində məlumat veriblər. Bundan başqa, daha bir rekord da təyin edilib: ikitərəfli ötürülmə sürəti 187 Qb/s təşkil edib.Yeni texnologiyadan böyük həcmli elmi informasiyanın ötürülməsində istifadə ediləcək.
EMİL
29/11/12 Çap et