Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube”-da titrlər daha 6 dildə əlçatan olacaq
“Google” şirkəti videoçarxların alt hissəsinə daha 6 dildə titr imkanı əlavə edəcək. Əvvəllər titrlər yalnız ingilis və ispan dilində əlçatan idi, hazırda rus, alman, fransız, portuqal, italyan və holland dilləri də əlavə olunub.
İstifadəçilər videotitrləri görməkdən ötrü ona baxarkən alətlər panelindən “CC” düyməsinə sıxmalıdırlar.
Şirkətdən bildirilib ki, onlar titrləri digər dillərə tərcümə edəcək funksiyanı sınaqdan keçirirlər. Hələ ki bu funksiya beta-versiya mərhələsindədir və bütün istifadəçilər üçün əlçatan deyil.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “YouTube” videohostinqində titrlərin mövcudluğu videonun əcnəbilər, zəif eşitmə qabiliyyətli şəxslər üçün anlaşıqlılığını artırır.Xatırladaq ki, “YouTube”-da ilk dəfə videotitrlər 2009-cu ildə istifadəyə verilmişdi.
EMİL
29/11/12 Çap et