Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tələbələr bankda müasir informasiya texnologiyaları üzrə təlim alacaqlar


Qafqaz Universiteti ilə «Bank of Baku» arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə universitetin sözçüsü Rəcəb Rzayev məlumat verib. O bildirib ki, müqaviləyə görə, bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.

Razılaşmaya əsasən, universitetin müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda qısamüddətli stajkeçmə və ixtisasartırma kursları keçiriləcək, universitetdə tədris prosesinin maddi-texniki bazası və proqram təminatı möhkəmləndiriləcək, Təhsil Proqramının daimi informasiya dəstəyini təmin etmək məqsədi ilə bankın mütəxəssisləri tərəfindən müvafiq dərslər veriləcək və digər müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstəriləcək və sair bu qəbildən olan tədbirlər həyata keçiriləcək.Məlumat üçün bildirək ki, müqavilənin müddəti 5 ildir.




SEYMUR





29/11/12    Çap et