Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sensor ekrana malik noutbukları alan yoxdur?!


Asiya istehsalçılarının sözlərinə görə, “Windows 8” əməliyyat sistemi (ƏS) quraşdırılmış və sensor ekranlı noutbukların satış tempi zəifdir.

"Windows 8”  əməliyyat sisteminə tələbat azdır" – “Asustek”in maliyyə direktoru Devid Çanq qeyd edib. ABŞ mağazalarında şirkətin 11,6 düymlü “Vivobook” noutbukunun qiyməti 480 dollara bərabərdir. Aparat “Intel Core i3” prosessoru, 4 QB əməli yaddaş və 500 QB tutumlu sərt disklə təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Acer” şirkəti hesab edir ki, “Windows” ƏS-i quraşdırılmış noutbukların populyarlaşmasına məhz qiymət imkan yarada bilər.

“Daiwa”-nın analitiki Kristin Van “Windows” leptopların populyarlığının qarşısını alan başlıca amilin qiymət olması fikri ilə razıdır. Onun fikrincə, sensor noutbuklara tələbat o zaman artmağa başlayacaq ki, şüşə kimi komponentlərin qiyməti aşağı düşməyə başlasın.


EMİL





29/11/12    Çap et