Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell”: “Sən də Mersedes Sür”
“Bakcell” şirkətinin avqust ayının 27-dən noyabrın 4-nə kimi həyata keçirdiyi “Sən də Mersedes Sür” SMS yarışması başa çatıb. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, kampaniya çərçivəsində gündəlik və həftəlik pul mükafatları oynanılmış və baş priz “Mersedes GLK” öz sahibini tapıb.
Belə ki, kampaniya zamanı gün ərzində ən fəal 60 yarışmaçı hər biri 500 AZN, həftə ərzində ən fəal 9 iştirakçı isə hər biri 1000 AZN qazanmışdır.
Bundan əlavə, yarışma dövründə hər biri 750 AZN dəyərində olan 5 ədəd xüsusi pul mükafatı da öz sahiblərini tapmışdır. Kampaniyanın baş mükafatı “Mersedes GLK” öz sahibini tapmış, qalib Salmanova Nailə Nağı qızı “Bakcell” şirkətinin baş ofisində keçirilən mükafatlandırma mərasimində hədiyyəsini alıb.
RƏVAN
29/11/12 Çap et