Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Maliyyə Nazirliyi şəbəkə və telekommunikasiya avadanlıqlarının satınalınması üzrə tender keçirir
Azərbaycanın Maliyyə Nazirliyi aparatı üçün şəbəkə və telekommunikasiya avadanlıqlarının satınalınması üzrə tender elan edib.
Bu barədə “ICTnews” elektron xəbər xidməti MN-in rəsmi saytına istinadən məlumat verir.
Məlumatda bildirilir ki, tender 2 (iki) lot üzrə keçirilir: “Lot-1” Maliyyə Nazirliyinin daxili kommunikasiya sistemi və rəqəmsal ATS-i üçün şəbəkə avadanlıqlarının, “Lot-2” isə nazirliyin aparatı üçün multimedia, telekonfrans, səsləndirmə və prezentasiya avadanlıqlarının alınmasını əhatə edir”.
Tenderdə iştirak etmək üçün iddiaçılar ərizə və iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi) təqdim etməlidirlər.
Tender təklifləri 2012-ci il dekabr ayının 25-də saat 10:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.
Tender proseduru 2012-ci il dekabr ayının 26-da saat 11:00-da Maliyyə Nazirliyinin V mərtəbəsində, otaq № 513 keçiriləcək.
İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının təchizində və satınalınmasında (və ya buna oxşar sahədə) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.
Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar nazirliyə müraciət etdikdən və tenderdə iştirak üçün “Lot-1” üzrə - 300 manat (üç yüz), “Lot-2” - 300 manat (üç yüz) və ya ödəniş gününə Azərbaycanın Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla bu məbləğlərin ABŞ dollarında ekvivalenti ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
CAHANGİR
29/11/12 Çap et