Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sığortaçılara SMS məlumatları avtomatik göndəriləcək


Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və İcbari Sığorta Bürosu avtonəqliyyat vasitəsi sahibləri üçün yeni xidməti işə salır. Bu barədə DSNX rəhbəri Namiq Xəlilov məlumat verib. Xidmət sığorta şəhadətnaməsinin qeydiyyatı və onun İcbari Sığorta Bürosunun informasiya sisteminə əlavə edilməsi zamanı sığortaçılara SMS məlumatların avtomatik göndərilməsini nəzərdə tutur.

Məlumat sığorta şəhadətnaməsi, sığorta qeydiyyatı haqqında, habelə sığortaçıların sığorta ödənişini yalnız bu məlumatı aldıqdan sonra həyata keçirməsi üçün xəbərdarlıqdan ibarət olacaq.

SMS məlumatlar, həmçinin müqavilənin vaxtından əvvəl ləğv olunduğu halda onun müddətinin başa çatması barədə xatırlatma kimi 15 gün ərzində göndəriləcək.

Qeyd edək ki, xidmətin tətbiqinin texniki müddəaları artıq həll edilib və hər üç mobil operatorla razılaşdırılıb. İlin sonuna kimi işə salınacaq xidmətdən istifadə pulsuz olacaq.

RƏVAN





29/11/12    Çap et