Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” və “iPad” qurğularını pulta çevirdilər


“Satechi” şirkəti “iOS” platforması ilə işləyən qurğuları universal idarəetmə pultlarına çevirib. İstifadəçilər “iPhone”, “iPad” və ya “iPod touch” qurğularına quraşdırılmış xüsusi tətbiq və kiçik taxma vasitəsilə evdəki qurğulara infraqırmızı siqnallar göndərərək onları idarə edə biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, artıq bir çox “Apple” məhsulunu “Wi-Fi” modulu vasitəsilə idarə etmək mümkündür.

“Satechi” şirkəti “iOS” platforması ilə işləyən qurğulardakı qulaqlıqlar üçün konnektora kiçik qəbuledici qoşmağı təklif edir. Həmin qəbuledici isə infraqırmızı siqnallar göndərəcək. Kodlaşdırmadan “RemoteBean” pulsuz tətbiqi sorumludur: müxtəlif qurğu modelləri üçün siqnal bazasına malikdir.





EMİL





30/11/12    Çap et