Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suriyada internet əlaqəsi kəsildi


Noyabrın 29-da Suriya ilə əlaqəli olan bütün İP ünvan bloku əlçatmaz olub. Bu barədə “Renesys” şirkəti qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Suriyada yerli vaxtla saat 10:26 radələrində internet söndürülüb.

“Associated Press” nəşri bildirib ki, internetin kəsilməsi haqqında məlumatları “Akamai Technologies” şirkəti də təsdiqləyir. Bundan başqa, peyk telefonu ilə internetə daxil olmuş suriyalı aktivistlər də informasiyanı təsdiqləyiblər.

Agentlik əlavə edib ki, Suriya hakimiyyəti dövlət əleyhinə çıxışlarla əlaqədar son 20 ay ərzində interneti qismən blok etmişdi, lakin internetin tamamilə kəsilməsi görünməmiş hadisədir.



EMİL





30/11/12    Çap et