Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco” proqram təminatı sahəsində güclənmək istəyir


Dünyanın ən böyük şəbəkə aparat təminatı istehsalçısı olan "Cisco Systems" şirkəti 141 milyon dollara Kaliforniyanın "Cariden Technologies" proqram təminatı istehsalçısını satın alıb. "Cariden"-in proqram təminatı kompüter şəbəkələrində trafiki planlaşdırmaq, layihələşdirmək, təhlil etmək və idarə etmək imkanı yaradır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, sazişin şərtlərinə əsasən, "Cariden" təşkilati cəhətdən "Service Provider Networking Group" bölməsinə birləşdiriləcək.Saziş 2013-cü ilin ikinci rübündə bağlanmalıdır.







 
EMİL





30/11/12    Çap et