Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” portalında “Bank Respublika”ya məxsus kartlarla ödəmə aparmaqla 5 qat bonus qazanmaq mümkündür


“PayKart” bonus sistemi “Hesab.az”  internet ödəmə portalında 5 dəfə çox bonus qazandırır. Noyabrın əvvəlindən “Bank Respublika”nın bütün plastik kartları bu sistemə avtomatik qoşulub və indi “Hesab.az”  saytında ödəniş edərkən bankın plastik kart sahibləri hər 1 AZN-lik əməliyyat müqabilində 500 bonus əldə edirlər. İstifadəçi bonuslar vasitəsilə “Hesab.az”  saytında təqdim olunan hədiyyələr çeşidindən seçə bilər.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, ilk dəfə olaraq “Hesab.az”  saytının istifadəçilərinə toplanan bonusların müqabilində hesabında 50 AZN vəsaiti olan “Bank Respublika”nın plastik kartları da hədiyyə kimi təklif olunur.

 “Hesab.az”  portalı vasitəsilə ödənişləri mobil telefondan da aparmaq mümkündür (m.hesab.az ). Bu səhifədə əməliyyatlar etibarlı və təhlükəsizdir, çünki “Visa” və “MasterCard” (VeriSign SSL-şifrələməsindən istifadə olunaraq) beynəlxalq ödəniş sistemləri tərəfindən nəzarət olunur.

“PayKart” bonus sistemi “Bank Respublika”nın bütün plastik kartlarını, o cümlədən əməkhaqqı layihələrini əhatə edir və bonus “PAY”-larını real pul ekvivalentində partnyor şəbəkəsində toplamağa imkan verir. Bu bonuslar hər əməliyyatdan müəyyən faiz dərəcəsilə toplanır. Hal-hazırda bu faiz dərəcəsi 15%-dək təşkil edir. “PAY” bonuslarını kart sahibləri partnyor şəbəkəsində alış-veriş və yaxud xidmət haqqını tam və ya hissə-hissə ödəmək üçün istifadə edə bilər. Bü gün “PayKart” sisteminin partnyor şəbəkəsinə 26 brend və 86 ticarət məntəqəsi daxildir. 
 
CAHANGİR





30/11/12    Çap et