Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanları müzakirə edilib
3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Əlil Təşkilatları İttifaqı ilə birgə konfrans keçirilib. Konfransda əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı, tibbi-sosial və peşə reabilitasiyası, təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması, sosial infrastrukturdan, İKT imkanlarından istifadə edə bilmələri və s. istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, tədbirdə əlil insanların rifah halının yaxşılaşdırılması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində görülən işlər, bu sahədə innovativ strategiyalar, sosial proqramlar və layihələr barədə də iştirakçılara ətraflı məlumat verilib.
HƏQİQƏT
30/11/12 Çap et