Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitəçilərin spartakiadası başa çatıb
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 131 illiyinin qeyd olunması ilə əlaqədar 20 оktyabr tarixində başlayan rabitəçilərin ənənəvi «Sağlamlıq-2012» Respublika spartakiadası başa çatıb.
Artıq 20-ci dəfədir keçirilən spartakiadanın proqramına 9 idman növü – şahmat, dama, nərd, güllə atıcılığı, stolüstü tennis, kəndirdartma, voleybol, mini-futbol, atletika (kross) daxil edilmişdi.
Gərgin idman mübarizəsi şəraitində keçən spartakiadanın yekunlarına görə, ümumkomanda hesabında yerlər aşağıdakı kimidir:
1."Aztelekom" İstehsalat Birliyi
2."Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti
3. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi
4. Dövlət Radiotezlikləri İdarəsi
5. Bakı Dövlət Rabitə Nəqliyyat Kolleci
6."SİNAM" Məhdud Məsuliyyətli Cəmiyyəti
7."Teleradio" İstehsalat Birliyi
8. Hərbiləşdirilmiş Mühafizə İdarəsi
9. Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
10. Azərbaycan Texniki Universiteti
11. Məlumat Hesablama Mərkəzi
12. "Azercell Telekom"
13. "AzərKosmos" ASC
14. Sumqayıt TKQ
15."Dilmanc" layihəsi
Spartakiadanın proqramına daxil olan idman növləri üzrə keçirilən yarışlarda I, II və III yerləri tutan komandalar Fəxri fərman və xatirə kuboku, həmin komandaların üzvləri, habelə fərdi yarışlarda ilk üç yeri tutan idmançılar isə pul mükafatları və Fəxri fərmanlarla təltif olunublar.
30/11/12 Çap et