Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya Kosmik Agentliyi troyan virusunun qurbanı olub
Yaponiyanın "Jaxa" Kosmik Agentliyi bildirib ki, naməlum kibercinayətkarlar troyan proqram təminatı vasitəsilə Yaponiyanın yeni kosmik raketi ilə əlaqədar məxfi məlumatları ələ keçiriblər. "Jaxa"dan verilən məlumata görə, kompüter virusu Tokionun şimal-şərqində yerləşən Sukube kosmik mərkəzinin şəbəkəsində aşkar edilib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, zərərli kod raket haqqında məlumatları məxfi şəkildə toplayaraq ötürüb.
Kosmik Agentliyin rəsmi bəyanatında bildirilib ki, virusun "Jaxa"nın kompüterlərinə agentliyin əməkdaşları vasitəsilə və ya kiberhücum nəticəsində düşdüyü dəqiq bilinmir. Bundan əvvəl Yaponiyanın bir sıra müdafiə sənaye şirkətləri kiberhücumların obyektinə çevrildikləri barədə qeyd etmişdi. Kiberhücumların izləri isə Çinə aparıb çıxarır.
Zərərli kod vasitəsilə ələ keçirilmiş informasiyaya gəlincə isə o, qatı yanacaqla işləyən və Yaponiyanın müasir kosmik raketlərinin sonrakı inkişafına yol açan yeni "Epsilon" raketi ilə bağlıdır.
EMİL
01/12/12 Çap et