Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suriyada internet və mobil rabitə bərpa olunub


Suriya vətəndaşları bazar günü səhər internet və mobil rabitədən istifadə etmək imkanı əldə ediblər. Ölkə ərazisində internetin söndürülməsi anlaşılmaz olaraq qalır: qərb ölkələrinin versiyasına görə, internetin bloklanması prezident Bəşər Əsədin başçılığı ilə qüvvədə olan hakimiyyətin işidir, rəsmi hakimiyyət isə bu məsələdə "terrorçu"ları ittiham edir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Renesys” monitorinq şirkətinin məlumatına əsasən, Suriyada internetə çıxış imkanı şənbə günü yerli vaxtla təxminən 16:30-da bərpa edilib.

Şirkətin nümayəndələri qeyd edib ki, ölkə ərazisində internetin söndürülməsi terror hücumu ilə bağlı deyil, çünki ötən cümə axşamı internet ölkə ərazisində qəflətən kəsilmiş və şənbə günü, həmçinin qəflətən bərpa edilib. Partlayış və ya terror hücumu hallarında internetin söndürülməsi, ehtimal ki, mərhələli olardı. 

EMİL




03/12/12    Çap et