Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet və riderlər 3G/4G modemlərlə


In-Stat analitikləri yeni tədqiqatında istehlakçıların sosial şəbəkələrə və multimedia kontent mübadilə imkanına marağının artmasını qeyd edirlər. Ekspertlərin fikrincə, bu tendensiya nəzərə alınaraq, 2015-ci ilədək istehsal edilən planşet fərdi kompyuterlərin 78 faizi 3G/4G modemlərlə təchiz ediləcəkdir.
In-Stat-ın baş analitiki Stefani Etye (Stephanie Ethier) bildirir ki, sürətlə artan planşet bazarı 3G/4G texnologiyaları üçün ən perspektiv imkanlar yaradır. O qeyd edir ki, bu tendensiya elektron kitabların oxunması üçün də keçərlidir. “2015-ci ilə qədər "qiraətxana"ların 65 faizi 3G/4G mobil əlaqə modullarına malik olacaq, planşetlərin yarısından çoxu isə LTE WAN şəbəkəsinə qoşulacaqdır. Proqnozlaşdırılan dövrə tələbatın güclü artımı Asiya-Sakit okean regionunda gözlənilir. In-Stat-ın məlumatına görə, 2010-cu ildə planşet bazarı həcmini 16 milyon qurğu təşkil etmişdir.






01/06/11    Çap et