Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Video oyunları mədəni irsə çevrilib


Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyi (MOMA) bəyan edib ki, onun eksponatları sırasına videooyunlar da daxil ediləcək. Muzey başlanğıc olaraq kolleksiyasına 14 klassik layihəni daxil etməyə qərar verib və onların arasında "Pac-Man", "Myst", "EVE Online", "Dwarf Fortress", "Portal" və "Canabalt" kimi oyunlar vardır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, muzeyin oyun ekspozisiyası artıq 2013-cü ilin mayında ictimaiyyətə əlçatan olacaq. Kolleksiyaya daha 40 layihə daxil ediləcək.

Layihənin kuratoru Paola Antonelli jurnalistlərə bildirib ki, videooyunlar ekspozisiya üçün mürəkkəb eksponatdır. Həqiqətən də maraqlı layihə hazırlamaq üçün çox yaradıcı olmaq lazımdır.

EMİL




03/12/12    Çap et