Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” insan üzünü müəyyən edəcək


“Google” şirkəti üzün müəyyən edilməsi üçün texnologiya istehsalçısı “PittPatt” (Pittsburgh Pattern Recognition) startapını alıb. Sazişin maliyyə şərtləri haqqında məlumat verilmir. “PittPatt” startapının hazırladığı texnologiya vasitəsilə insanları şəkil, videoçarx və digər məzmun üzrə tapmaq və müəyyən etmək mümkün olacaq. Şirkət artıq bir sıra tanıma, axtarış və üzlərin eyniləşdirilməsi alqoritmlərini hazırlayıb. Məlumat üçün bildirək ki, “PittPatt” startapı 2004-cü ildə istifadəyə verilib. Analitiklər qeyd ediblər ki, ehtimal ki, internet-nəhəng “PittPatt” hazırlamalarını öz veb -xidmətlərinə və mobil proqramlarına inteqrasiya etmək niyyətindədir.


internet.cnews.ru




26/07/11    Çap et