Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” elastik ekranla təchiz edilmiş telefonlar hazırlayır


Finlandiyanın "Nokia" şirkəti yığcam qurğular üçün elastik və şəffaf ekranlar hazırlayır. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, şirkət bu məqsədlə Böyük Britaniyanın Kembric Universitetində çalışan mütəxəssislərlə əməkdaşlıq edir.

Əyilə bilən ekranları, hər şeydən əvvəl smartfon və planşetlərdə istifadə etmək planlaşdırılır. Onlar gələcəkdə digər qurğularda da tətbiq edilə bilər.  Elastik ekranlarla təchiz edilmiş qurğular üzərində, həmçinin "Samsung" şirkəti çalışır. Elastik ekrana malik qurğuların 2013-cü ilin birinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

EMİL




03/12/12    Çap et