Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Texnoparkların reallaşdırılması iqtisadiyyatda yüksək texnologiyaların tətbiqində əhəmiyyətli rol oynayacaq
Hazırda Azərbaycanda müasir sənaye müəssisələrinin və texnoparkların, o cümlədən Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilir.
"ICTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Mətbuat xidmətindən bildirilib ki, bu fikri iqtisadi inkişaf naziri Şahin Mustafayev İİN-də struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, respublika prezidentinin Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı imzaladığı sənədlər sənayenin inkişafında, sahibkarlığın daha da genişlənməsində xüsusi əhəmiyyətə malikdir: "Bu layihələrin reallaşdırılması ölkədə sənayeləşmə prosesinin daha da sürətlənməsində, iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqində, müasir standartlara cavab verən məhsulların istehsalında əhəmiyyətli rol oynayacaq".
HƏQİQƏT
03/12/12 Çap et