Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstifadəçilər əvvəlki kimi çox sadə şifrələrdən istifadə edirlər
"Splash Data" şirkəti ən populyar 25 istifadəçi şifrəsinin (TOP-25) reytinqini tərtib edib. Şirkətin gəldiyi nəticə narahatçılıq doğurur: belə ki, xəbərdarlıqlara baxmayaraq, istifadəçilər əvvəlki tək password, 123456 və ya 12345678 kimi çox sadə şifrələrdən istifadə edirlər.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət ən populyar şifrələrin reytinqini tərtib etmək üçün müxtəlif informasiya arxivlərindən, həmçinin "Anonymous" haker qrupunun ələ keçirdiyi, "Pastebin", torrent şəbəkələrdə dərc edilmiş arxivlərdən istifadə ediblər.
Hesabatın müəllifləri bildiriblər ki, 2012-ci ildə daha çox "Yahoo!", "LinkedIn", "eHarmony" və "Last.fm" xidmətlərindən istifadə edənlərin şifrələri ələ keçirilib. "Splash Data" şirkətinin versiyasına əsasən, 25 populyar istifadəçi şifrəsi aşağıdakılardır:
1. password
2. 123456
3. 12345678
4. abc123
5. qwerty
6. monkey
7. letmein
8. dragon
9. 111111
10. baseball
11. iloveyou
12. trustno1
13. 1234567
14. sunshine
15. master
16. 123123
17. welcome
18. shadow
19. ashley
20. football
21. jesus
22. michael
23. ninja
24. mustang
25. password1
EMİL
04/12/12 Çap et