Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Arxiv İdarəsi daha bir elektron xidmət təqdim edib
Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün elektron müraciət xidməti istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Milli Arxiv İdarəsi tərəfindən təqdim olunan elektron xidmət artıq “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib.
Bu xidmət vasitəsilə elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün e-müraciət göndərmək mümkündür. Sözügedən xidmət idarənin “e-Gov”-a birləşdirilən ikinci elektron xidmətidir.
Bundan öncə portala MAİ-nin göstərdiyi arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu e-xidməti inteqrasiya edilib.
CAHANGİR
04/12/12 Çap et