Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefon asılılığı şəxsi münasibətləri korlayır
Bu yaxınlarda keçirilmiş araşdırmanın nəticəsinə görə, mobil telefona həddən ziyadə bağlılıq narkotik maddələrin yaratdığl təsirlə müqayisə oluna bilər. Bu isə həmin insanın yaxınları ilə münasibətlərinə mənfi təsir göstərə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, araşdırma məlumatlarına əsasən, gənc nəslin nümayəndələri gün ərzində mobil telefonla baş-başa 7 saata qədər vaxt keçirə bilərlər. Belə davranış tərzi ciddi problemə çevrilə bilər. Beylor Universiteti (ABŞ, Texas ştatı) nəzdində Hankamer adına biznes məktəbinin müəllimi doktor Ceyms Roberts əmindir ki, mətn ünsiyyəti sistemindən asılılıq "materializm və impulsivlik"lə bağlıdır.
O, mobil telefonların artıq bizim istehlak mədəniyyətimizin bir hissəsinə çevrildiyindən əmindir. Telefondan asılılıq digər istehlak təzahürləri (məsələn, alış-veriş “xəstəliyi”) ilə oxşardır. Araşdırmanın nəticəsinə görə, 18-29 yaş aralığında olan gənc nəslin nümayəndələri gün ərzində orta hesabla 109,5 mətn mesajı və ya ay ərzində 3200 mesaj göndərirlər.
Onların telefonuna gün ərzində orta hesabla 113 mesaj gəlir və informasiya və rabitə texnologiyaları vasitəsilə ünsiyyət yaratmağa isə gün ərzində təxminən 7 saat vaxt sərf edirlər.
EMİL
04/12/12 Çap et