Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC elektron biznes xidmətlərini genişləndirir
Bir neçə müddətdir ki, “Azərpoçt” MMC elektron biznes xidmətlərinə başlayıb. Müəssisənin maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədov bildirib ki, “Azərpoçt” MMC plastik kartlar vasitəsilə pensiya və müavinətlərin, əməkhaqlarının ödənişini həyata keçirir.
“Artıq müəssisə böyük bir şəbəkəyə malikdir. Bu şəbəkə istənilən bankla rəqabət apara bilər. Kəndlərdə də poçt şöbələrinin olması əlavə üstünlük deməkdir. Bir bank hər hansı bir kənddə bankomat və ya POS-terminal quraşdırmaq üçün hər hansı yeri icarəyə götürməlidir. Bu isə o bankomatdan və ya POS-terminaldan gələn gəlirin icarə və ya xidmət haqları üçün yönəldilməsi deməkdir. Maliyyə xidmətlərinin göstərilməsindən sonra kənd poçt şöbələrində xüsusi zirehli inkasasiya avtomobili ilə mübadilə həyata keçirilir. Hər şey nəzərdə tutulan plana uyğun aparılır”- deyə Y.Əhmədov bildirib.
Qeyd edək ki, “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqi ilə əlaqədar müəssisənin böyük inkişaf planı var və bu planın tətbiqi Azərbaycan poçtunun analoqu olmayan bir biznes nəhənginə çevrilməsinə şərait yaradacaq.
RƏVAN
04/12/12 Çap et