Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan-İtaliya biznes forumunda İKT sahəsində fəaliyyət göstərən iş adamları da iştirak edəcək
Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.
“ICTnews” elektron xəbər xidmətinin İİN-ə istinadən verdiyi məlumata görə, tədbirdə sənaye, tikinti, İKT, mebel istehsalı, mədəniyyət, turizm, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Biznes forumda Azərbaycan və İtaliyanın iqtisadiyyatına dair təqdimatlar və iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcək.
CAHANGİR
04/12/12 Çap et