Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil trafikin sürəti artıb


Mobil trafikin artım sürəti o qədər yüksəkdir ki, bəzi ölkələrdə artıq kompüter vasitəsilə yaradılan trafiki üstələyib. Hazırda internet trafikin 13 faizi internetə daxil ola bilən smartfon, planşet və digər "cib" qurğularının payına düşür.

“Kleiner Perkins”in analitiki Meri Miker Stenford Universitetində belə hesabatla çıxış edib. O, çıxışı zamanı vurğulayıb ki, Hindistanda mobil trafikin (60%) həcmi artıq kompüter trafikini (40%) üstələyib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, mobil sektorda trafikin pula çevrilməsi prosesi, həmçinin kifayət qədər sürətli baş verir.

Mikerin hesablamalarına görə, hazırda bu bazar 19 milyard dollar dəyərində qiymətləndirilir. Bu məbləğin çox hissəsi tətbiqlərin (67%) hesabına formalaşır. Reklamın payı 33 faiz təşkil edir.

Ekspertin proqnozuna görə, yaxın 3 il ərzində smartfon və planşetlərin satış həcmi artacaq. Onun fikrincə, 2015-ci ildə 1,7 milyard belə qurğu satılacaq. FK-nin satış həcmi çətin ki, 400 milyonu ötsün.

EMİL




04/12/12    Çap et