Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternetin atası” “ICANN”-ın səlahiyyətlərinin “BMT”-yə verilməsinə qarşı çıxış edib


Əfsanəvi kompüter mühəndisi və "TCP/IP" şəbəkə protokolunun yaradıcısı Vinton Sörf "Google"-un bloqunda bildirib ki, o, "BMT-nin internet tənzimləyici vəzifəsinə iddia etməsi ideyasından məmnun deyil".

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Sörf hazırda "Google" şirkətində texniki məsləhətçi vəzifəsində çalışır, həmçinin bir sıra universitetlərdə texniki fənlərdən mühazirə deyir. "Bir neçə avtoritar rejim dissidentləri asanlıqla tapmaq və saxlamaq üçün şəbəkəni müstəqillikdən və anonimlikdən məhrum etmək istəyir" - o yazıb.

EMİL




04/12/12    Çap et