Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile”: “Eşitməmək - düşünməmək deyil”


Şirkət "Eşitməmək - düşünməmək deyil" layihəsi çərçivəsində yeni aksiya keçirib. "Nar Mobile" şirkətinin əməkdaşları "Eşitməmək - düşünməmək deyil" sosial layihəsi çərçivəsində "Azərbaycan Karlar Cəmiyyəti"ndə eşitmə qabiliyyəti məhdud olan gənclərlə görüş keçiriblər.

Aksiyası çərçivəsində şirkətin əməkdaşları eşitmə və danışma qabiliyyəti məhdud olan əməkdaşlarla birgə, gənclərə cəmiyyətdə yer tutmaq, işlə təmin olunmaq və aktiv həyat tərzi keçirmək üçün öz məsləhətlərini veriblər. "Nar Mobile" əməkdaşları şirkətin bu sahədə olan təcrübələrindən danışaraq, CV yazılması qaydaları, şirkətlərə müraciət proseduru və işə götürmə üzrə ixtisaslaşmış internet resurslarından istifadə qaydaları üzrə treninq keçiriblər.

"Nar Mobile" bu layihə çərçivəsində daha bir neçə sosial aksiya keçirmək niyyətindədir. Qeyd edək ki, mobil operator bundan öncə "Eşitməmək - düşünməmək deyil" layihəsi çərçivəsində şirkətdə çalışan, lakin eşitmə qabiliyyətindən məhrum olmuş əməkdaşların iştirakı ilə sosial videoçarx çəkib. 
(http://www.youtube.com/user/NarMobileReklamlari).

RƏVAN





05/12/12    Çap et