Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda vergilər mobil telefonla ödəniləcək


Azərbaycanda vergilərin mobil telefon vasitəsilə ödənilməsi sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.

Bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib. Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə nağdsız ödənişlərin mobil telefon vasitəsilə həyata keçirilməsi təcrubəsi geniş yayılıb:

«Dünya üzrə elektron ödənişlərdə mobil telefon vasitəsilə ödənişlərin xüsusi çəkisi 28% təşkil edir. Gələn il bu göstəricinin 34%-ə çatacağı gözlənilir». Baş İdarə rəisi bildirib ki, Vergilər Nazirliyi Azərbaycanda da vergilərin mobil telefon vasitəsilə ödənilməsinə şərait yaratmaq üçün lazımi tədbirlər həyata keçirir.




05/12/12    Çap et