Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”-ın səhmləri 4 illik minimuma qədər azalıb


ABŞ-da keçirilmiş hərracda “Apple” şirkətinin səhmlərinin qiyməti son 4 il ərzində minimuma qədər azalıb. Hazırda şirkətin bir səhminin qiyməti 538,79 dollara bərabərdir. 2012-ci ilin sentyabrından etibarən “Apple”-ın kapitallaşdırma dəyəri 20 faizdən çox azalıb.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, səbəb kimi müxtəlif arqumentlər göstərilir. Bəziləri “Apple”-ın planşet qurğuları bazarında payının azalmasını iddia edən konsaltinq şirkətlərinin məlumatlarına istinad edir, digərləri isə “Apple”-ın mobil qurğular bazarında “Google Android”ə uduzmasını səbəb kimi göstərir.

EMİL




06/12/12    Çap et