Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RIM”-in səhmləri “BlackBerry 10” platformasının elan edilməsindən sonra qalxıb


2013-cü ilin əvvəlinə planlaşdırılmış "BlackBerry 10" platforması "RIM" şirkətinin mobil qurğular bazarında zəifləmiş mövqeyini gücləndirmək üçün nəzərdə tutulub. Analitiklərin müsbət proqnozları birjada da öz əksini tapıb: ötən həftə Nyu-Yorkda keçirilmiş hərraclarda "RIM"-in səhmlərinin qiyməti 14 faiz artaraq 11,66 dollar təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "RIM" şirkəti əvvəlcə 2013-cü ildə "BlackBerry 10" platforması ilə işləyəcək 31.6 milyon smartfon istehsal etməyi planlaşdırırdı, lakin hazırda bu göstərici 35,5 milyona qədər artırılıb.

Əvvəllər smartfon seqmentində lider olan "RIM" şirkəti sonralar "Apple" və "Samsung" şirkətlərinin təzyiqinə tab gətirə bilmədi. Qeyd edək ki, "BlackBerry" smartfonlarının hökumət orqanlarında getdikcə nüfuzunu itirməsi şirkətə daha çox ziyan vurdu.

EMİL




06/12/12    Çap et