Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC” planşet bazarı üzrə proqnozuna düzəliş edib


"IDC" analitik şirkəti planşet kompüterlər bazarı üzrə yaxın illər üçün verdiyi proqnozuna düzəliş edib. Hesablamalara görə, 2012-ci ildə müxtəlif proqram-aparat platformalarında işləyən 122,3 milyon planşet satılacaq. Bundan əvvəl bu göstəricinin 117,1 milyon civarında olacağı bildirilmişdi.

2013-cü il üçün verilmiş proqnoz 165,9-dan 172,4 milyona qədər, 2016-cı ildə isə 261,4-dən 282,7 milyona qədər artırılıb. "Android" platforması ilə işləyən planşetlərin bazar payı ötən illə (39,8 faiz) müqayisədə 42,7 faiz artacaq. 2016-cı ilədək bu göstərici 39,7 faizədək azalacaq.

"IDC" şirkətinin proqnozuna görə, "iPad" planşet kompüteri cari ildə bu seqmentin 53.8 faizinə nəzarət edəcək. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2011-ci ildə 56.3 faizə bərabər idi. 2016-cı ildə onun bazar payı 49,7 faiz təşkil edəcək. 2016-cı ilədək "Windows" əməliyyat sistemləri ilə işləyən planşetlərin bazar payı 10,3 faiz təşkil edəcək.

EMİL




06/12/12    Çap et