Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AzTU-nun əməkdaşları “Tədris İnformasiya Sisteminin Yaradılması” layihəsi çərçivəsində Koreyada olublar


Azərbaycan Texniki Universitetinin altı əməkdaşı Koreyanın NDS şirkətinin keçirdiyi təlimlərdə iştirak etmək üçün Koreyanın Seul şəhərində səfərdə olub.

"ICTnews" elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, səfər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ( KOİKA ) Azərbaycan Texniki Universitetində "Tədris İnformasiya Sisteminin Yaradılması" layihəsi çərçivəsində baş tutub.

Əməkdaşlara AzTU-da "Tədris İnformasiya Sisteminin Yaradılması" layihəsində qurulması nəzərdə tutulan server və avadanlıqların öyrənilməsi, sistemin işləmə prosesini öyrənilməsi üçün təlimlər keçirilib.

CAHANGİR




06/12/12    Çap et