Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Botnet 47 milyon dollar “oğurlayıb”


"Zeus" platforması əsasında hazırlanmış "ağıllı" "Eurograbber" botneti (virusa yoluxdurulmuş kompüterlər qrupu) 30 milyon özəl və korporativ müştərilərin hesabından 47 milyon dollar "oğurlayıb". 2012-ci ilin əvvəlindən etibarən İtaliyada 16, İspaniyada 7, Almaniyada 6 və Hollandiyada 3 bank onun "qurbanı" olub. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Eurograbber" botneti "Zeus" platformasına əsaslanır. Bir çox ekspertlər 2 il bundan əvvəl bank əməliyyatları həyata keçirilən zaman informasiyanı oğurlamaq üçün xüsusi hazırlanmış bu botneti əsas İT təhdid adlandırmışdılar. "Zeus" 2012-ci ilin payızında öz "fəaliyyət" sahəsini genişləndirərək mobil qurğuları da yoluxdurmağa başlayıb. EMİL




07/12/12    Çap et