Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransının işini yarımçıq qoyub


Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (BTÜK) dünən haker hücumuna görə öz işini dayandırmalı olub. Xatırladaq ki, internetin idarə edilməsi məsələsi BTÜK-də müzakirə edilən mövzulardan yalnız biridir.

Konfransda nümayəndələr kommunikasiya sistemlərinin gələcəyini müzakirə edirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, haker hücumu nəticəsində nümayəndələr iclasda müzakirə ediləcək cari sənədlərə, həmçinin sıradan çıxarılmış bir sıra daxili saytlara çıxış əldə edə bilməyiblər.

Təşkilatçıların verdiyi məlumata görə, artıq haker qruplarından biri hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

EMİL




07/12/12    Çap et