Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları İnstitutunda növbəti virtual mühazirə oxunub
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində növbəti distant təlim aparılıb. Bu dəfə Naxçıvan Dövlət Universitetinin (NDU) "Turizm və otelçilik" fakültəsinin tələbələrinə distant-mühazirə oxunub.
"ICTnews" elektron xəbər xidmətinə İTİ-dən bildirilib ki, "Turist marşrutlarının hazırlanması texnologiyası" mövzusunda keçirilən mühazirə Azərbaycan Turizm İnstitutunun "Turizm biznesinin təşkili və texnologiyası" kafedrasının müdiri, dosent Bahadur Bilalov və baş müəllimi Qəhrəman Yusupov tərəfindən təqdim edilib.
Tələbələrə cəlbedici turizm məhsulunu yaratmağın yolları, tur paketlər, tur operatorun vəzifələri, öhdəlikləri, hüquqları və s. haqqında ətraflı məlumat verilib. İnternet üzərindən videokonfrans sistemi vasitəsilə, canlı dialoq şəklində keçirilən dərs NDU-nun tələbə və müəllim heyəti tərəfindən maraqla dinlənilib, mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
HƏQİQƏT
07/12/12 Çap et