Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İcbari Sığorta Bürosu “9707” SMS xidmətini istifadəyə verir
Bu gündən etibarən İcbari Sığorta Bürosu yeni "9707" SMS xidmətini istifadəyə verir. "ICTnews" elektron xəbər xidmətinin İSB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sözügedən xidmətin tətbiqi nəticəsində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə sığortalının sığorta müqaviləsini bağlayarkən müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, avtonəqliyyat vasitəsinin nömrəsi, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildiriş göndəriləcək.
Bundan əlavə, sığortalı büronun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildiriş alacaq.
Hər üç mobil operatorun ("Azercell", "Azerfon" və «Bakcell») abonentləri bu xidmətdən yararlana biləcəklər. Qeyd olunan SMS xidməti pulsuzdur.
CAHANGİR
07/12/12 Çap et