Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype”-da yenilik
"Skype" internet-telefoniya platformasında video məktublar göndərmək mümkün olacaq. Proqramın dəyişdirilmiş lisenziya sazişi buna sübutdur.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Skype" bu yaxınlarda lisenziya sazişinin mətnini yeniləyərək ora video məktublardan istifadə şərtləri haqqında bənd daxil edib. Beləliklə, istifadəçilər yeni xidmət vasitəsilə bir-birinə qısamüddətli video yazılar göndərmək imkanına malik olacaqlar.
Lisenziya sazişinə əsasən, "Skype" abunəçiləri funksiyadan məhdudiyyətsiz istifadə üçün ay ərzində 8,99 dollar ödəməli olacaqlar. Əgər məbləğ 3 ay və ya 1 il əvvəldən ödənilərsə, o zaman endirim mümkündür.
"Skype-ın pullu istifadəçiləri qeyri-məhdud sayda video xəbərlər göndərə və qəbul edə bilərlər, onların xidmətdə saxlanma müddəti, həmçinin qeyri-məhdud olacaq" - yeni lisenziya sazişində qeyd edilib.
Xidmətin abunəsi olmayan istifadəçiləri, həmçinin xidmətdən istifadə edə biləcəklər, lakin bu halda video mesajların sayı məhdudlaşdırılacaq. Bundan başqa, "pulsuz" istifadəçilərin göndərdikləri və ya qəbul etdikləri video məktublar 90 gündən sonra "Skype"-ın serverlərindən silinəcək.
EMİL
07/12/12 Çap et