Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Deputat sosial şəbəkələrdəki dostlarını görüşə çağırıb


Azərbaycan Respublikası Milli Məclisinin deputatı və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradovun "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsi və "Twitter" hesabı üzrə dostları ilə növbəti görüşü keçiriləcək.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən görüş bu ay baş tutacaq. Burada məqsəd daha yaxından tanış olmaq və mövcud əlaqələri inkişaf etdirməkdir. Görüşün səmərəli və maraqlı şəkildə təşkili üçün texniki məsələlər – tədbrin keçirilmə məkanı, günü və formatının düzgün seçilməsi, eyni zamanda görüş iştirakçılarının maraq və gözləntilərini maksimum qarşılamaq üçün qeydiyyat ərizəsi tərtib edilib.

Görüşdə iştirak etmək üçün ərizəni 12 dekabr 2012-ci il tarixədək fmuradov@fmuradov.az email ünvanına göndərmək vacibdir. Görüşün keçirilmə yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

SEYMUR




07/12/12    Çap et