Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” dizaynını yeniləyib


 "YouTube" videohostinqinin dizaynı yenilənib. Bu barədə xidmətin bloqunda məlumat verilib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "YouTube"-un bütün səhifələrində sol hissədə istifadəçinin abunə olduğu kanalların siyahısı ilə olan panel yerləşir.

Yeni interfeysdə hazırlanmış videopleyer səhifənin yuxarı hissəsinə keçirilib. Çarxın adı və "Abunə olmaq" düyməsi çarxın alt hissəsinə yerləşdirilib. "Abunə olmaq" düyməsinin sağ hissəsində kanalın abunəçilərinin sayını göstərən sayğac yerləşdirilib.

Xatırladaq ki, "YouTube" videohostinqi 2005-ci ildə istifadəyə verilib. Statistikaya əsasən, xidmətə hər dəqiqə 60 saatlıq video yüklənilir və gün ərzində 3 milyard çarxa baxılır.

EMİL




07/12/12    Çap et