Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Huawei” şirkəti nəhəng smartfon hazırlayır
"Huawei" şirkətinin vitse-prezidenti Yuy Çendun bildirib ki, şirkət smartfon və mini-planşet hibridi üzərində çalışır.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, yenilik 6,1 düym diaqonallı sensor ekranla təchiz ediləcək və onun təsvir ölçüsü 1920×1080 piksel təşkil edəcək.
Həmçinin 1.8 QHs (qiqahers) takt tezliyində işləyən dördnüvəli prosessor və 2 Qb əməli yaddaşla təchiz olunacaq. Qurğuya ehtimal ki "Android 4.1 Jelly Bean" əməliyyat sistemi quraşdırılacaq. "Gartner" analitik şirkətinin hesablamasına görə, "Huawei" dünyanın altıncı mobil aparat istehsalçısıdır. 2012-ci ilin üçüncü rübündə şirkət bazara 11,9 milyon telefon tədarük edib.
EMİL
07/12/12 Çap et