Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Turistlər 2020-ci ilədək Ay planetinə getmək şansı əldə edəcəklər


2020-ci ilədək Amerikanın "Golden Spike" özəl şirkəti Ay planetinə ekspedisiyalar təşkil edəcək. Uçuşun qiyməti 1.5 milyard dollara bərabər olacaq. Şirkətin müştərilərinin dövlətli kosmik turistlər deyil, daha çox dövlət və hökumətlər olacağı planlaşdırılır.

"ICTnews.az" elektron xəbər xidməti "utro.ru" saytına istinadən bildirir ki, hazırda şirkət artıq bir neçə dövlətlə danışıqlar aparır.

EMİL




08/12/12    Çap et