Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika üzrə II Beynəlxalq Olimpiadaya start veriləcək
Bakıda 12 dövlətin ali məktəb tələbələrinin iştirakı ilə informatika üzrə II Beynəlxalq Olimpiada keçiriləcək. 70-dən çox tələbənin iştirak edəcəyi bu olimpiadada dünyanın ən məşhur komandaları yarışacaq. Olimpiada iştirakçıları arasında proqramlaşdırma üzrə dünya çempionları da var.
“ICTnews” elektron xəbər xidmətinin Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanı olimpiadada 3 ali təhsil ocağının – Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının proqramlaşdırma üzrə tələbə komandaları təmsil edəcəklər.
Tədbir iştirakçıları bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və eləcə də Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Olimpiadaya dekabrın 9-da saat 11:00-da “Park İnn” otelinin “Dan ulduzu” zalında açılış mərasimi ilə start veriləcək.
CAHANGİR
08/12/12 Çap et