Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı Fond Birjası ödənişlərin onlayn qaydada qəbuluna başlayıb
Bakı Fond Birjası göstərdiyi xidmət səviyyəsini yüksəltmək məqsədilə öz veb-saytında onlayn ödənişlər sistemini tətbiq edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə BFB-nin məlumatında deyilir. Artıq BFB-nin informasiya bülletenlərinə abunə olan təşkilat və şəxslər, birja komissiyalarını və Məsafədən Qoşulma İş Yerləri terminallarından istifadə rüsumunu ödəmək istəyən broker təşkilatları (birja üzvləri) “www.bfb.az” saytı vasitəsilə sözügedən ödənişləri edə biləcəklər.
CAHANGİR
08/12/12 Çap et